

Comic Con Baku 2026
Təsvir
COMIC CON BAKU 2026
Comic Con Baku 2026 — kino, seriallar, oyunlar, cosplay, K-Pop, komikslər, Dungeons & Dragons, geek mədəniyyəti və müxtəlif tematik icmaları bir məkanda birləşdirən böyük tədbirdir.
Gün ərzində ziyarətçiləri dəvət olunmuş aktyorlar və xüsusi qonaqlarla görüşlər, Q&A sessiyaları, avtoqraf sessiyaları, cosplay şouları, K-Pop, master-klaslar, oyun və tematik zonalar, Artist Alley, iştirakçı və tərəfdaş stendləri və daha çox əyləncə gözləyir.
ƏSAS QONAQLAR
Din-Çarlz Çepmen — Comic Con Baku 2026-nın headlayneri
Comic Con Baku 2026-nın əsas beynəlxalq qonağı britaniyalı aktyor Din-Çarlz Çepmen olacaq.
Tamaşaçılar onu kult serialı “Taxt Oyunları“-dan Tommen Barateon rolu, 1917 hərbi dramındakı əsas rollardan biri, eləcə də “Ulduz müharibələri” kainatının “Akolit” serialındakı iştirakı ilə tanıyırlar.
Comic Con Baku-da pərəstişkarlar Din-Çarlz Çepmen-ı əsas səhnədə xüsusi Q&A sessiyası zamanı görə, ona suallarını verə və daha sonra böyük avtoqraf sessiyası zamanı aktyorla görüşə biləcəklər.
Vsevolod Kuznetsov — xüsusi qonaq
Comic Con Baku 2026-nın xüsusi qonağı milyonlarla tamaşaçı və oyunçuya səsi ilə tanış olan məşhur dublyaj aktyoru Vsevolod Kuznetsov olacaq.
O, Neo, Çəkməli Pişik, Geralt of Rivia, Altaïr, Voldemort, Joel və bir çox digər kult kino, animasiya və videooyun personajlarını rus dilində səsləndirib.
Comic Con Baku 2026-da Vsevolod Media zonasında ayrıca Q&A sessiyası keçirəcək. Ziyarətçilər dublyaj aktyorluğu, məşhur personajlar üzərində işi haqqında daha çox məlumat əldə edə və öz suallarını verə biləcəklər. Daha sonra o, ümumi avtoqraf sessiyasına qoşulacaq.
Mikro Rayon aktyorları
Comic Con Baku 2026-ya Mikro Rayon layihəsinin aktyorları da qatılacaqlar.
Media zonasında aktyorlarla ayrıca Q&A sessiyası keçiriləcək. Ziyarətçilər onlarla ünsiyyət qura, layihə və onun yaradılması haqqında daha çox məlumat ala və öz suallarını verə biləcəklər. Q&A sessiyasından sonra Mikro Rayon aktyorları da böyük ümumi avtoqraf sessiyasında iştirak edəcəklər.
COMIC CON BAKU 2026 BİLETLƏRİ
Comic Con Baku 2026 üçün 3 növ bilet mövcuddur: General Admission, Standard və VIP.
VACİB: AKTYORLARLA AVTOQRAF SESSİYASI VƏ SELFİ BÜTÜN BİLET NÖVLƏRİNƏ DAXİLDİR!
Seçilən bilet kateqoriyasından asılı olmayaraq, ziyarətçilər Comic Con Baku 2026-nın dəvət olunmuş aktyorlarının avtoqraf sessiyasında iştirak edə və onlarla selfi çəkdirə biləcəklər. Avtoqraf sessiyası və ya selfi üçün ayrıca bilet və ya vauçer almağa ehtiyac yoxdur.
Din-Çarlz Çepmen, Vsevolod Kuznetsov və Mikro Rayon aktyorları ilə ümumi avtoqraf sessiyası 15:15-dən 17:00-dək keçiriləcək.
GENERAL ADMISSION — 35 AZN
- Aktyorlarla avtoqraf sessiyası və selfi
- Festivalın bütün zonalarına giriş
- Sərbəst oturma
STANDARD — 40–50 AZN
- Aktyorlarla avtoqraf sessiyası və selfi
- Festivalın bütün zonalarına giriş
- Səhnəyə daha yaxın rezerv edilmiş yerlər
VIP — 100 AZN
- Erkən giriş — saat 10:00-dan
- Bütün avtoqraf sessiyalarına prioritet giriş
- Limitsiz içkilərlə VIP istirahət zonası
- Comic Con Baku 2026-dan eksklüziv hədiyyələr
- İlk sıralarda rezerv edilmiş yerlər
COMIC CON BAKU 2026-DA SİZİ NƏLƏR GÖZLƏYİR?
Comic Con Baku ərazisində gün ərzində müxtəlif tematik və əyləncə zonaları fəaliyyət göstərəcək. Ziyarətçiləri böyük solo və komanda cosplay şouları, Cosplay Catwalk, K-Pop şousu, dəvət olunmuş qonaqlarla görüşlər və Q&A sessiyaları, master-klaslar, Artist Alley, rəssam və mağaza stendləri, oyun məkanları, tematik fəaliyyətlər, fotozonalar və daha çox əyləncə gözləyir.
Tədbirin ayrıca məkanları Asiya mədəniyyəti, videooyunlar və Dungeons & Dragons mövzularına həsr olunacaq. Ziyarətçilər gün ərzində yalnız izləyici olmayacaq, həm də müxtəlif fəaliyyətlərdə iştirak edə biləcəklər.
Əsas səhnənin proqramı:
12:00 - 12:30 - Açılış mərasimi
12:30 - 13:30 - Solo cosplay şousu
13:30 - 14:00 - Fasilə
14:00 - 14:35 - Komanda cosplay şousu
14:35 - 14:45 - Fasilə
14:45 - 15:15 - Headlayner Din-Çarlz Çepmen ilə Q&A
15:15 - 17:00 - Avtoqraf sessiyası: Din-Çarlz Çepmen, Mikro Rayon aktyorları və Vsevolod Kuznetsov
17:00 - 17:10 - Fasilə
17:10- 17:40 - Cosplay Catwalk
17:40 - 17:50 - Fasilə
17:50 - 18:20 - K-Pop şousu
18:20 - 18:50 - Fasilə
18:50- 19:20 - Mükafatlandırma və bağlanış mərasimi
Media zonasının proqramı:
13:30 - 14:30 - Vsevolod Kuznetsov ilə Q&A
14:30 - 14:35 - Fasilə
14:35 - 15:05 - Mikro Rayon aktyorları ilə Q&A
16:00 - 17:00 - Grafomanka ilə master-klas və Q&A
17:50 - 18:20 - Grafomanka ilə avtoqraf sessiyası
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
