

Retro piano gecəsi
Təsvir
Retro piano gecəsi
Zamanın unuda bilmədiyi nəğmələr
Həyatın təlaşından uzaqlaşıb təmiz hisslərlə və unudulmaz xatirələrlə dolu bir axşama qovuşmaq vaxtıdır.
Azərbaycan musiqisinin qızıl dövrünə aid ən sevilən, ruhumuza toxunan retro mahnılar canlı solo pianonun lirik və sehrli sədalarında yenidən canlanır.
İçərişəhərin tarixi və otantik atmosferində pianonun hər bir sədası keçmişin o isti, səmimi ruhu ilə təkrarsız bir harmoniyada görüşür. Nostalji dolu bu musiqi ziyafətində bizimlə birlikdə olmaq üçün yerinizi indidən ayırın!
Tədbir konsert zalında keçirilir. Buradakı barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
