
Kontrabas

Kontrabas
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Kontrabas”
Yaş həddi: 16 +
Müəllif: Patrik Züskind (tərcüməçi Şövqi Hüseynov)
Quruluşçu rejissor: İrina Perlova (Xalq artisti)
Baş rolun ifaçısı: Şövqi Hüseynov (Əməkdar artist)
Janr: tək ifa üçün psixoloji dram
Tamaşanın müddəti: 50 dəqiqə
Ensiklopedik biliyə malik qəhrəmanımız həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan Kontrabasçı sevgilisinə etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur “ulduzla” ünsiyyətdə olmaq imkanı yarandı.
Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Onun sevgilisi ilə dialoqunu da kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Belə olan halda onun ətrafdakılara sədaqətini də dəyərləndirmək mümkündür.


