
Ana

Ana
Təsvir
“Ana”
Yaş həddi: 14+
Müəllif: Hüseyn Cavid
Quruluşçu rejissor: Bəhram Osmanov (Əməkdar incəsənət xadimi)
Baş rolların ifaçısı: Nübar Novruzova (Xalq artisti), Elnur Kərimov (Əməkdar artist), Manaf Dadaşov
Janr: faciə
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Hüseyn Cavidin “Ana” dramı Ana ucalığının, Ana mərhəmətinin intəhasızlığının təsvirinə həsr olunmuşdur. Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı - mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.
Bununla müəllif milli dəyərlərimizin təmizliyini və üstünlüyünü göstərərək, humanizm ideyasını təbliğ edir.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
