Ana

Tədbir haqqında

“Ana”

Yaş həddi: 14+

Müəllif:  Hüseyn Cavid

Quruluşçu rejissor: Bəhram Osmanov (Əməkdar incəsənət xadimi)

Baş rolların ifaçısı:  Nübar Novruzova (Xalq artisti), Elnur Kərimov (Əməkdar artist), Manaf Dadaşov

Janr: faciə

Tamaşanın müddəti:  1 saat 10 dəqiqə

 

Hüseyn Cavidin  “Ana” dramı Ana ucalığının, Ana mərhəmətinin intəhasızlığının təsvirinə  həsr olunmuşdur.  Yeganə oğlunun nişanlısına göz dikmiş varlı ailənin yetirməsi  Orxanın qurduğu tələ həm özünün, həm də Ananın yeganə övladı - mərd, igid Qanpoladın məhvinə səbəb olur. Bundan xəbərsiz olan Ana qatili öz evində gizlədir. Azərbaycan qadınının mərhəmət simvolu kimi təqdim olunan Ana namərd Muradı bağışlayır və onu öldürməsinlər deyə, gizlicə aradan çıxarır.

Bununla müəllif milli dəyərlərimizin təmizliyini və üstünlüyünü göstərərək, humanizm ideyasını təbliğ edir.

 

 

Yaş məhdudiyyəti / Dil

14+
Ana Ana