

Yatmış Gözəl və Cırtdan
Təsvir
Uzaq bir Krallıqda, Kralın qız övladı dünyaya gəlir. Xeyirxah pərilər Flora və Fauna şahzadə qıza gözəllik bəxş edirlər. Lakin uşaqları sevməyən qara pəri Malifi Senta, Şahzadə qızı 15 yaşına çatanda eybəcərləşdirməyi qarşısına məqsəd qoyur. Pərilər Şahzadəni ondan gizlətmək məqsədi ilə Azərbaycana gətirirlər. O Cırtdanla bir kənddə böyüyür və onlar dost olurlar. Malifi Senta Şahzadə qızın yerini öyrənir, sehirli çubuğu ilə onu yatırır və özü ilə aparır. Cırtdan dostunu xilas etmək üçün Krallığa gəlir. Bəs Cırtdan dostu Yatmış şahzadəni necə xilas edir? Buyurun gəlin, tamaşamıza baxın, hadisələri özünüz izləyin. Çox maraqlıdır.
Əsərin müəllifi -Xaqani Əliyev
Teatrın baş rejissoru - Anar Babalı
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Qeyd: Tədbirə 10 dəqiqədən artıq gecikənlər tamaşaçı zalına buraxılmırlar.
