
Stullar

Stullar
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Stullar” - absurd teatrın ən parlaq nümunələrindən biri olmaqla insanın tənhalığı, ünsiyyətsizlik və mənasızlıq mövzularını əks etdirir. Tamaşada bir qadın və kişi görünməyən qonaqlar üçün stullar düzür və onlara müraciət edirlər. Səhnədə real insanlar yox, yalnız boş stulların olması insan münasibətlərinin boşluğunu və cəmiyyətin mənəvi iflasını simvolizə edir. Qəhrəmanlar bəşəriyyət üçün çox vacib bir “mesaj”ın ötürüləcəyinə inanırlar, lakin bu mesaj heç vaxt aydın şəkildə ifadə olunmur. Bu tamaşa dilin və sözün gücsüzlüyünü, insanın özünü ifadə edə bilməməsini kəskin şəkildə göstərir. “Stullar” tamaşaçını gülüşlə qarşılayıb dərin fəlsəfi suallarla üz-üzə qoyan tragik-komik bir əsərdir.
Müəllif: E.İonesko


