
Akram Khan Company | Thikra: Night of Remembering

Akram Khan Company | Thikra: Night of Remembering
Təsvir
31 oktyabr, 1 noyabr Saat: 20:00
Yaş məhdudiyyəti: 18+ // 12 yaşdan yuxarı qonaqlar valideyn və ya qəyyumun müşayiəti ilə buraxılır
Müddət: 65 dəqiqə (antraktsız)
“ZİKRA: XATİRƏLƏR GECƏSİ”
(THIKRA: NIGHT OF REMEMBERING)
“Akram Khan Company” rəqs kollektivinin rəssam Manal əl-Dovayan ilə birgə hazırladığı son qastrol tamaşası Əl-Ulanın qədim mənzərələri, mifologiyası və mədəni irsindən ilham alır. Yalnız rəqqasələrdən ibarət bu ansamblın ifasında təqdim olunan tamaşa Hindistanın klassik “bharatanatyam” rəqsi ilə müasir rəqsi bir araya gətirir.
“Thikra” tamaşası Əl-Ulanın yerli incəsənət və dizayn mərkəzi “Madrasat Addeera”, “AlUla Music Hub” və yerli icmanın hərəkət, musiqi və dizayn da daxil olmaqla müxtəlif sahələr üzrə nümayəndələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
YARADICI HEYƏT
Rejissor / Xoreoqraf: Akram Khan
Vizual direktor / Kostyum və səhnə tərtibatı: Manal AlDowayan
Orijinal musiqi: Aditya Prakaş
Səs tərtibatı: Qaret Fray
İşıq tərtibatı: Zeynep Kepekli
Dramaturgiya: Blu Pyeta
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Yaş məhdudiyyəti: 18+ // 12 yaşdan yuxarı qonaqlar valideyn və ya qanuni qəyyumun müşayiəti ilə buraxılır.
