REZO QABRİADZE TEATRI
“ALFRED VƏ VİOLETTA”
(ALFRED AND VIOLETTA)
Rezo Qabriadze Teatrı “Kameliyalı qadın” və “Traviata”əsərlərindən ilhamlanan, incə yumor ilə yoğurulmuş təsirli sevgi hekayəsini - “Alfred və Violetta” tamaşasını təqdim edir. Tamaşada hadisələr 1990-cı illərdə - sarsıntılar, ayrılıqlar və gözlənilməz səfərlər fonunda romantik bir hekayəninyaşandığı Tbilisi şəhərində cərəyan edir.
Rezo Qabriadze Teatrının başlanğıcını qoyan bu tamaşa sonradan Leo Qabriadze tərəfindən tamamlanıb və tamaşaçılartərəfindən sevilən bu əsər məhz onun interpretasiyasındayenidən səhnələşdirilib.
Yaradıcı heyət:
Pyesin müəllifi, bədii rəhbər: Rezo Qabriadze
Rejissor: Leo Qabriadze
Quruluşçu rəssam: Tamar Kobaxidze
Musiqi tərtibatı: Nino Canjqava, Eduard İsraelovi
İşıq rəssamı: Mamuka Bakradze
Müddət: 75 dəqiqə
Tamaşa Azərbaycan, ingilis və rus dillərində üst yazılar ilə birlikdə gürcü dilində təqdim olunur