Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Akademik “Malıy” (Kiçik) Dram Teatrı - Avropa Teatrının təqdim etdiyi bu tamaşa Anton Pavloviç Çexovun klassik pyesinin məşhur səhnə interpretasiyasıdır. Çağdaş dövrümüzdə Rusiyanın aparıcı teatr rejissorlarından biri olan Lev Dodin bu quruluşda A. P. Çexovun şah əsərinə dərin və emosional baxış təqdim edir.
Lev Dodin “Qızıl maska” da daxil olmaqla, Rusiyanın nüfuzlu teatr mükafatlarının laureatıdır.
Quruluşçu rejissor: Lev Dodin
Səhnə tərtibatı: Aleksandr Borovskiy
İşıq üzrə rəssam: Damir İsmaqilov
Rollarda:
Pyotr Nikolayeviç Sorin: Rusiya Federasiyasının Xalq artisti Sergey Kurışev
İrina Nikolayevna Arkadina: Rusiya Federasiyasının Əməkdar artisti Yelizaveta Boyarskaya
Boris Alekseyeviç Triqorin: Rusiya Federasiyasının Əməkdar artisti İqor Çerneviç
Konstantin Qavriloviç Treplev: Yevgeni Zayfrid
Nina Mixaylovna Zareçnaya: Anna Zavtur
Mariya İlyiniçna: Polina Sevastyanixina
Semyon Semyonoviç Medvedenko: Oleq Ryazantsev
Müddət: 2 saat 10 dəqiqə (antrakt ilə)
Tamaşa rus dilində, Azərbaycan və ingilis dillərində subtitrlərlə təqdim olunur.