Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunan gecədə xanəndənin həyat və yaradıcılığndan söz açılacaq, tanınmış muğam ifaçıları Əlibaba Məmmədovun repertuarına daxil olan muğam və müəllifi olduğu təsnif və mahnılarıdan ibarət proqramla çıxış edəcəklər. Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə baş tutacaq gecədə Xalq artisti Vamiq Məmmədəliyev ustad sənətkarla bağlı xatirələrini bölüşəcək. Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva,
İlkin Əhmədov, xanəndələr Malik Həsənov, Nisbət Sədrayeva, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edəcək.
Qeyd edək ki, XX əsrin 50-ci illərində sənət fəaliyyətinə başlayan Əlibaba Məmmədov da öz sənətkarlığı ilə xalqın böyük məhəbbətini qazanıb. Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları sevərək ifa edirlər.

10 ₼-dan
Biletlər satılıb
7 ₼-dan
25 ₼-dan
10 ₼-dan
4 ₼-dan