Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Candlelight Baku” – Azərbaycanın ilk şam işığı konsertləri layihəsidir.
2.500 şamın əhatəsində, BAKIDA AÇIQ HAVADA ŞAM İŞIĞINDA BALET AXŞAMI
Londondan Parisə, Nyu-Yorkdan İstanbula — dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanı heyran edən şam işığı konsertləri artıq Bakıdadır.🌎
25 iyul, saat 19:00 və 25 iyul saat 20:45-də dünya balet tarixinin zirvəsi — Çaykovskinin “Qu gölü” baleti canlı balerina ifası və şam işığının sehrli ab-havası ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında baş tutacaq.
Bu unudulmaz musiqi təcrübəsinin bir parçası olun və yerinizi öncədən alın. Şam işığında musiqinin və rəqsin sehrini canlı yaşamaq fürsətini qaçırmayın!
Pyotr İliç Çaykovski — “Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”... Balet tarixini yazan bəstəkar. Onun musiqisi yalnız eşidilmir — hiss edilir, görülür, yaşanır. Bu axşamda Qu gölünün emosional və möhtəşəm dünyası 2.500 şamın işığında, canlı balerina rəqsi ilə yenidən canlanacaq.
🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur.
Qeyd 1. Candlelight Ensemble – Bakının ilk yerli şam işığı konsertləri layihəsi - Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano, fleyta, zərb aləti və genişləndirilmiş simli tərkibdən ibarət (violin, viola, violonçel, kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.