
Açıq Havada Retro Axşamı. Şam işığında konsert. Candlelight

Açıq Havada Retro Axşamı. Şam işığında konsert. Candlelight
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Candlelight Baku – Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir.
Londondan Parisə, Nyu-Yorkdan İstanbula — dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanı heyran edən şam işığı konsertləri artıq Bakıdadır. 🌍
11 iyul tarixində AÇIQ HAVADA - Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında Azərbaycan musiqisinin qızıl dövrünə həsr olunmuş xüsusi retro axşam keçiriləcək. “Retro Band”-in ifasında, minlərlə şam işığının zərif atmosferində bu gecə sizə unudulmaz bir musiqi təcrübəsi vəd edir.
Proqramda Azərbaycan estradasının və vokal ənənəsinin sevimli əsərləri retro ruhunda, yeni və emosional çalarlarda səslənəcək. Tanış melodiyalar sizi nostalji hisslərlə dolu bir musiqi səyahətinə aparacaq.
Retro Band — Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış ansambl olub bir qrup vokalist və instrumental tərkibdən ibarətdir. Tərkibdə piano, tar, kamança və zərb alətləri yer alır. Zəngin səhnə təcrübəsi və canlı ifa üslubu ilə retro repertuarı müasir Candlelight atmosferində yenidən canlandırır.
🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur
