

BLOK3
Təsvir
BLOK3, ən sevilən mahnıları, yüksək enerjili səhnə performansı və xüsusi prodakşnı ilə unudulmaz bir gecə üçün 7 noyabr tarixində Baku Crystal Hall səhnəsində!
Mahnıları ilə milyonlarla dinləyiciyə çatan və geniş auditoriyanın sevgisini qazanan BLOK3, güclü səhnə performansı və bitməyən enerjisi ilə bu dəfə Azərbaycanlı musiqisevərlərlə görüşəcək.
Bu xüsusi gecədə sizi yalnız musiqi deyil, BLOK3 üçün xüsusi olaraq hazırlanmış səhnə dizaynı, möhtəşəm işıq şouları və güclü vizual prodakşnla başdan sona böyük bir şou gözləyir.
Hit mahnıları minlərlə insanla birlikdə səsləndirəcəyimiz, enerjinin bir an belə azalmayacağı bu xüsusi gecədə yerinizi alın.
Musiqinin, səhnənin və vizual şounun bir araya gələcəyi unudulmaz BLOK3 təcrübəsini qaçırmayın!
Qaydalar
Bütün şirkətlərin, brendlərin və blogerlərin nəzərinə: tədbirin təşkilatçısının əvvəlcədən razılığı olmadan həmin tədbirə biletlərin hədiyyə edildiyi müsabiqələrin (giveaway) keçirilməsi qəti qadağandır. Biletlərin alınması onlardan razılaşdırılmadan müsabiqə və reklam kampaniyalarında istifadə etmək hüququ vermir. Bu tələb pozulduğu halda, müsabiqədə istifadə olunan biletlər tədbirin təşkilatçısı tərəfindən bloklanacaq.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
