

DATO & Bravo Metehi
Tədbir haqqında
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
DATO & BRAVO METEHI — Gürcü musiqisinin sehri bir səhnədə!
Gürcüstanın ən məşhur ifaçılarından biri DATO və əfsanəvi Bravo Metehi qrupu eyni gündə, eyni səhnədə möhtəşəm konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. Onların özünəməxsus ifa tərzi, emosional canlı performansları və Gürcüstanın zəngin musiqi ənənələrini müasir səslənmə ilə birləşdirən repertuarı tamaşaçılara unudulmaz bir axşam bəxş edəcək.
Konsert proqramında ən sevilən hit mahnılar, duyğusal lirik əsərlər və milli koloritlə zəngin kompozisiyalar səsləndiriləcək. Canlı ifa, güclü vokal və xüsusi səhnə atmosferi bu gecəni həqiqətən də yaddaqalan edəcək.
Canlı musiqidən zövq almaq və Gürcü mədəniyyətinin unikal ab-havasını hiss etmək istəyirsinizsə, bu möhtəşəm konserti qaçırmayın!
