
Miyazaki Kainatı Axşamı. Şam İşığında Multimediyalı Konsert.Candlelight Baku

Miyazaki Kainatı Axşamı. Şam İşığında Multimediyalı Konsert.Candlelight Baku
Təsvir
✨ Candlelight Baku Concerts — Bakıda ilk yerli şam işığı konsertlərinin əsasını qoyan və klassik musiqini özünəməxsus konseptlə təqdim edən layihədir. Azərbaycanın peşəkar musiqiçilərinin canlı ifasında təşkil olunan konsertlər tamaşaçılara musiqi və incəsənətlə zəngin unudulmaz axşamlar bəxş edir.
🌿 17 dekabr tarixində Bakının ən möhtəşəm tarixi məkanlarından biri olan Kamera və Orqan Musiqisi Zalında (Kirxa) sizi Hayao Miyazakinin sevimli cizgi filmlərindən musiqinin canlandığı sehrli bir ab-havaya qərq olmaq imkanı gözləyir!
“Miyazaki Kainatı Axşamı”nda böyük yapon bəstəkarı Co Hisaişinin “Spirited Away”, “Howl’s Moving Castle”, “My Neighbor Totoro” və “Nausicaä of the Valley of the Wind” kimi cizgi şah əsərlərindən əfsanəvi melodiyalar səslənəcək. Bu ölməz rəvayətlərdən kadrlar isə böyük ekranda nümayiş olunacaq: musiqi canlı ifada eşidiləcək, sevimli qəhrəmanlar və tanış səhnələr isə qarşınızda yenidən canlanacaq.
Yüzlərlə şamın yaratdığı isti işıq, multimedia instalyasiyaları, tarixi kilsənin ecazkar akustikası və canlı musiqinin ahəngi bu axşamı adi konsertdən fərqli edir. Burada musiqi yalnız dinlənilmir, görünür və hiss olunur. Miyazakinin kainatının səmimiyyəti, təbiət gözəlliyi və nağıl ovqatı şam işığında bir araya gələrək hər bir qonağa unudulmaz təəssüratlar bəxş edəcək.
Bu axşam Miyazaki cizgi filmlərinin pərəstişkarları, uşaqlar, ailələr və gözəl musiqini sevən hər kəs üçündür.
📅 Tarix: 17 dekabr
⏰ Başlama vaxtı: 20:40
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa), 28 May küçəsi, 41
Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir. Bədi Rəhbəri Səid Məmmədovdur.
Candlelight Baku Concerts — Azərbaycanda şam işığında konsert konseptini ilk dəfə yerli layihə olaraq həyata keçirən musiqi platformasıdır. 2023-cü ildən fəaliyyət göstərən layihə klassik musiqini, tarixi məkanları və müasir vizual texnologiyaları bir araya gətirərək ölkənin mədəni həyatına yeni nəfəs gətirir.
🎟️ Yerlərin sayı məhduddur. Biletlərinizi əvvəlcədən əldə etməyi unutmayın!
🕯️ Candlelight Baku Concerts Instagram səhifəsini izləyərək qarşıdan gələn konsertlərimizdən xəbərdar olun.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
