Ailə Naxışı: Azərbaycan Hekayəsi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Ailə Naxışı: Azərbaycan Hekayəsi”

Səhnə sakit bir ailə ocağı ilə açılır. Qadın xalça toxuyur, dəzgahın ritmik səsi eşidilir. Ata əlində buğda sünbülü ilə evə qayıdır — bu, bərəkətin və zəhmətin rəmzidir. Beşiyin üzərindən asılmış kəlağayı qız övladının və ailə ənənələrinin qədim simvolunu xatırladır.

Su, ip və rəng ritualı vasitəsilə xalçanın naxışları sanki canlanır, milli ənənələrin sehri hiss olunur.

Müharibə bu harmoniyanı pozur, işıqlar sönür. Lakin xalçadakı at naxışı ümidin və qayıdışın rəmzinə çevrilir. Ata geri dönür, ailə yenidən birləşir. Tamaşa Azərbaycanın sarsılmaz sevgi, birlik və ümid ruhunu tərənnüm edərək başa çatır.

“Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.”

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Ailə Naxışı: Azərbaycan Hekayəsi Ailə Naxışı: Azərbaycan Hekayəsi

Məkan yeri
Böyük Qala küçəsi