
Herbie Hancock-a Həsr Olunmuş Gecə | Jazz Trio

Herbie Hancock-a Həsr Olunmuş Gecə | Jazz Trio
Təsvir
🎹 Herbie Hancock-a Həsr Olunmuş Gecə | Jazz Trio
Caz tarixinin ən parlaq simalarından biri – Herbie Hancockun zəngin yaradıcılığına həsr olunmuş xüsusi konsert proqramına dəvət edirik.
Bu axşamda dinləyicilər Herbie Hancockun ən sevilən əsərlərini, həmçinin onun musiqisindən ilhamlanan improvizasiyaları canlı ifada dinləyəcəklər. Müasir cazın ritmi, azad improvizasiya və yüksək peşəkarlıq bir səhnədə bir araya gələcək.
İfaçılar:
🎹 Nihat Quliyev – piano
🎷Camal Bayramov - saxophone
🎸Ruslan Huseynov - bass
🥁Vaqif Aliyev - drums
Bu konsert həm Herbie Hancock yaradıcılığının pərəstişkarları, həm də canlı caz atmosferini sevən hər kəs üçün unudulmaz musiqi axşamı olacaq.
Herbie Hancockun musiqisini canlı caz trio ifasında yenidən kəşf edin.
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
