La Dolce Vita: İtalyan mahnıları gecəsi
28 noyabrda Beynəlxalq Muğam Mərkəzində İtaliyanın sevilən mahnıları vokalçıların və Virtuosos of Baku orkestrinin canlı ifasında səslənəcək.
Sevgidən, günəşdən və həyatın gözəlliyindən bəhs edən bu mahnılar orkestr aranjimanlarında yeni çalarlar qazanacaq. Simli alətlərin zərif səslənişi tanış melodiyaların nostalji ovqatını, yüzlərlə şamın sehrli işığı isə axşamın səmimi ab-havasını tamamlayacaq.
Sizi sevdiklərinizlə birlikdə İtaliyanın unudulmaz melodiyalarını dinləməyə dəvət edirik.
🎶 Proqram: İtalyan mahnıları vokal və orkestr ifasında
🎻 Orkestr: Virtuosos of Baku
🕯️ Atmosfer: Şamların sehrli işığı