Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Liebestod, və ya Eşqin ekstazında ölüm — bu ad altında 17 fevral tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Fəridə Məmmədova (soprano) və Daniil Kirillov (fortepiano) Richard Wagner və Claude Debussy'nin yaradıcılıq yollarının kəsişdiyi unikal gecə-dialoq təqdim edəcəklər.
Proqrama Wagner'in Mathilde Wesendonck şeirlərinə bəstələdiyi mahnılar və "Tristan və İzolda" operasından İzoldanın ölüm səhnəsi daxildir; burada faciəli və tamamilə məğlubedilməz eşq kulminasiya ekstazına — Liebestod — çatır.
Fəlakətli ehtiras xətti fransız impressionisti Claude Debussy'nin iki vokal silsiləsi ilə davam edir —"Ariettes oubliées" («Unudulmuş ariettalar») və Wagner'in musiqi dilinin açıq təsiri altında yazılmış "Charles Baudelaire'ın Beş şeiri" (Bakıda ilk ifa).
Konsertdə proqram əsnasında Debussy'nin "Antik Epigraflar" süitasının pyesləri Anna Rasina və Daniil Kirillovun fortepiano duetinin ifasında interlyudiya kimi səslənəcəklər.
Bu əsərlər vasitəsi ilə iki böyük bəstəkarların virtual görüş effekti yaradılır; Wagner'in romantik dramı Debussy'nin incə simvolist lirizmi ilə qovuşur və dinləyicini ehtiras, ilham və eşqin ali musiqi ekstazına aparan bir səyahətə dəvət edir

10 ₼-dan
Biletlər satılıb
7 ₼-dan
25 ₼-dan
10 ₼-dan
4 ₼-dan