Nəsimi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Haqq mənə “Söylə” dedi, əmr  etdi, mən də söylədim,
Sözümü dastan edib dillərdə təkrar etdilər”.

Şamaxıda yaz səhəri. Şəhəri çiçəklərin ətri bürüyüb və Pirsaat çayı sakitcə axır. Sənəm, qəmgin halda həyat yoldaşını uzaq səfərə yola salır və qəlbində qisməti ilə barışır. Uzaqda, Şahxəndan atını sığallayır və bu yolun qardaşı Nəsimi üçün asan olmayacağını anlayır.
Bu yol Nəsimi üçün yalnız səfər deyil, eyni zamanda mənəvi sınaqdır. Onu hər yerdə anasının duası müşayiət edir, harada olursa olsun, ana qəlbi həmişə onunladır. 
Gün batdıqda, köhnə bir qala divarları arasında gənc hürufilər toplaşıb, böyük həyəcanla mürşidin gətirəcəyi xəbəri gözləyirlər. Hər biri böyük sirlər dolu kitabları oxuyur, burada Nəsimi misraları səslənir, “Kürsünamə” səhifələri vərəqlənir və bu biliklər onlara həqiqət axtarışında ilham verir.
Uzaqda, möhtəşəm Səmərqənd şəhərində bayram keçirilir və hətta sərt Teymur da bu gün aram tapıb. O vaxt isə Nəsimi Təbrizə gəlib çıxır və tanış tacirlərdən xəttatları və onların sənətini soruşur.
Amma bu dövrlər təhlükə ilə doludur: Şirvandan Anadoluya qədər iğtişaşlar baş qaldırır, təqiblər güclənir və hər addımda qorxu hiss olunur. Məmlük sarayında artıq ona qarşı gizli bir sui-qəsd hazırlanır. Onun azad fikirləri və həqiqətə can atan ruhu düşmənləri üçün böyük təhlükədir. Onlar onu məhv etmək üçün yalan, iftira və çirkin üsullara əl atırlar.
Rütubətli, havasız, pəncərəsiz bir zindanda qolları bağlı Nəsimi əsir düşür. Bu məkanda hər daş, hər künc ona əzizdir, çünki qəlbi azad olduğu üçün yaddaşında yaxınlarının əziz xatirələri canlanır, xəyalları bir-bir gözünün önündən keçir.
Hələb meydanı dolub-daşır, cəllad əmri gözləyir. Poetik ruhu mələk kimi ucalan Nəsimi, düşmənlərinin ittihamı ilə üz-üzədir. Hərdən göy üzündə ildırım çaxır, buludlar qanı yumağa hazırdır. Şairi və onun sözlərini dar ağacına çəkirlər, bu gün bu meydanda hamı günahkardır.
Haqq mənəm!
Haqq məndədir!
Haqq söylərəm!
Bu şeir Nəsiminin son günlərinin xronikası kimidir — burada onun düşüncələri, cəsarəti və qaranlıq dövrlərdə həqiqətin səsi olmağa cəsarət edən insanın dərin faciəsi gizlənir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Nəsimi Nəsimi

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan