
Şam işığında YENİ İL : Şelkunçik, Qu Gölü, Yatmış Gözəl və digər Çaykovski şahəsərləri. Candlelight Christmas Baku

Şam işığında YENİ İL : Şelkunçik, Qu Gölü, Yatmış Gözəl və digər Çaykovski şahəsərləri. Candlelight Christmas Baku
Təsvir
✨ Candlelight Baku Concerts — Bakıda ilk yerli şam işığı konsertlərinin əsasını qoyan və klassik musiqini özünəməxsus konseptlə təqdim edən layihədir. Azərbaycanın peşəkar musiqiçilərinin canlı ifasında təşkil olunan konsertlər tamaşaçılara musiqi və incəsənətlə zəngin unudulmaz axşamlar bəxş edir.
🩰 27 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqinin dahisi Pyotr İliç Çaykovskinin ən möhtəşəm balet əsərlərinin musiqiləri minlərlə şamın işığında səslənəcək. Bu xüsusi axşamın əsas məqamı isə balet ifaları olacaq: musiqi canlı səslənərkən səhnədə balet sənəti də təqdim ediləcək.
“Şelkunçik” (The Nutcracker), “Qu gölü” (Swan Lake), “Yatmış gözəl” (The Sleeping Beauty) və digər məşhur baletlərdən seçilmiş nümunələr canlı ifa və balet çıxışlarının vəhdətində yenidən həyat tapacaq. Şamların yaratdığı isti işıq, təsirli video instalyasiyalar, Filarmoniyanın təntənəli məkanı və canlı musiqinin ahəngi tamaşaçılara unudulmaz sənət təcrübəsi yaşadacaq.
“Çaykovski balet musiqiləri axşamı” — dünya səhnəsinin ən sevilən baletlərinin əsrarəngiz melodiyalarını bir proqramda birləşdirən xüsusi konsertdir. “Şelkunçik”in sehrli və bayramsayağı havası, “Qu gölü”nün həzin və təsirli ahəngi, “Yatmış gözəl”in zərif və əzəmətli səslənməsi dinləyiciləri nağıllar aləminə səyahətə aparacaq.
1910–1912-ci illərdə inşa edilmiş Filarmoniya binası Azərbaycanın ən məşhur konsert məkanlarından biridir. Əsrə yaxın tarixə malik bu möhtəşəm salon klassik musiqinin və səhnə sənətinin ən parlaq axşamlarına ev sahibliyi etmiş, Çaykovski musiqisinin ruhuna xüsusi əzəmət qatır.
Candlelight Ensemble, Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən (2 skripka, alt, violonçel və kontrabas) ibarət seçilmiş musiqi ansamblıdır. Bədii rəhbəri Səid Məmmədovdur. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı unudulmaz musiqi təcrübəsinə çevirir.
Bədii rəhbər: Səid Məmmədov
Konsert başlamazdan əvvəl qonaqlar şam işığının yaratdığı xüsusi atmosferi yaxından hiss edə, xatirə şəkilləri çəkdirə və gündəlik şəhər həyatından uzaqlaşaraq musiqi və balet dolu axşama köklənə biləcəklər.
Bu gecə klassik musiqinin zərifliyi, canlı ifanın gücü, balet sənətinin incəliyi və vizual sənətin harmoniyası bir araya gələrək hər bir qonağa unudulmaz təəssüratlar bəxş edəcək.
⏰ Başlama vaxtı: 19:00
📍 Məkan: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası
Candlelight Baku Concerts — Azərbaycanda şam işığında konsert konseptini ilk dəfə yerli layihə olaraq həyata keçirən musiqi platformasıdır. 2023-cü ildən fəaliyyət göstərən layihə klassik musiqini, tarixi məkanları və müasir vizual texnologiyaları bir araya gətirərək ölkənin mədəni həyatına yeni nəfəs gətirir.
Layihənin əsas məqsədi dünya musiqi irsini fərqli təqdimat formatında dinləyicilərə çatdırmaq, Azərbaycanın istedadlı musiqiçilərini geniş auditoriyaya tanıtmaq və klassik musiqini hər kəs üçün daha yaxın və əlçatan etməkdir. Candlelight Baku-nun hər konserti musiqi, məkan, işıq və sənətin vəhdətindən yaranan xüsusi bir təcrübədir.
🎟️ Yerlərin sayı məhduddur.
27 dekabr tarixində keçiriləcək bu xüsusi musiqi və balet axşamında iştirak etmək üçün biletlərinizi əvvəlcədən əldə etməyi unutmayın!
🎶 Candlelight Baku Concerts Instagram səhifəsini izləyərək qarşıdan gələn konsertlərimizdən xəbərdar olun. Bakının tarixi və memarlıq baxımından seçilən məkanlarında şam işığı, canlı musiqi və multimedia instalyasiyalarının birləşdiyi yeni musiqi təcrübələrini bizimlə kəşf edin.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
