Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
16 may axşamı Bakının sehrli atmosferə malik Kamera və Orqan Musiqisi zalında (Kilsə) böyük bəstəkarların — Motsart, Şopen, Bach və digər dünya klassiklərinin, həmçinin yerli və xarici filmlərdə istifadə edilən klassik musiqilərindən ibarət unudulmaz bir axşam sizi gözləyir. Tofiq Şıxıyevin canlı ifasında minlərlə şam işığı altında klassik musiqi dünyasına səyahət edin.
Gecənin Solisti Tofiq Şıxıyev — Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu (SSRİ xalq artisti Fərhad Bədəlbəylinin sinfi), Azərbaycan Respublikası Gənclər Mükafatının sahibi, ABŞ, İtaliya, İspaniya, Almaniya, Polşa, Fransa və Türkiyədə keçirilən beynəlxalq müsabiqələrin qalibidir. Finlandiya, Almaniya, Avstriya, Belçika, Hollandiya, İtaliya, Malta və Yunanıstanda keçirilən beynəlxalq festivallarda çıxış etmiş, Ankaradakı Bilkənt Universitetində pedaqoji fəaliyyət göstərmiş sənətkar şam dənizinin fonunda sizi unudulmaz bir musiqi təcrübəsinə qərq edəcək.
Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)
Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır. Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

10 ₼-dan
50 ₼-dan
8 ₼-dan
10 ₼-dan
4 ₼-dan
5 ₼-dan