

Pop-caz
Təsvir
“Pop-caz”
60–70-ci illərin unudulmaz dünya hitləri bu dəfə Turana Music-in özünəməxsus ifasında yeni nəfəs qazanacaq.
Xüsusi olaraq hazırlanmış pop-caz proqramında sevilən melodiyalar müasir aranjimanlar, zərif improvizasiyalar və fərqli musiqi çalarları ilə təqdim olunacaq. Tanış əsərlər tamamilə yeni səslənişdə dinləyicilərlə görüşəcək.
Əgər canlı musiqinin yaratdığı unudulmaz atmosferi yaşamaq və sevdiyiniz hitləri fərqli baxış bucağından yenidən kəşf etmək istəyirsinizsə, sizi bu özəl musiqi axşamına dəvət edirik.
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
