

Roof party
Təsvir
Bakının ən möhtəşəm panoramik mənzərəsinə sahib rooftop məkanda bu yayın ən yaddaqalan gecəsinə hazır ol.
Bir tərəfdə Bayraq Meydanı, digər tərəfdə Xəzər dənizi, qarşında isə Alov Qüllələrinin möhtəşəm mənzərəsi... Açıq səma altında keçiriləcək bu eksklüziv Roof Party musiqini, işıq şoularını və yüksək enerjini bir araya gətirərək sənə unudulmaz bir gecə yaşadacaq.
Gecə boyunca təqdim olunacaq xüsusi işıq şouları, peşəkar rəqqasələrin möhtəşəm performansları, ritmi yüksəldən darbuka şousu və alov şouları gecənin enerjisini zirvəyə çatdıracaq. Bakının gecə işıqları ilə vəhdət təşkil edən bu vizual performanslar gecənin hər anını daha da təsirli edəcək.
Line-up-da DJ Rameen və DJ Rash eksklüziv setləri ilə gecənin ritmini müəyyən edəcəklər. Premium atmosfer, şəhərin möhtəşəm skyline mənzərəsi, Bakının ən gözəl rooftop lokasiyalarından biri və yüksək enerji bir araya gələrək bu tədbiri yayın ən yaddaqalan gecələrindən birinə çevirəcək.
Əgər fərqli atmosfer, keyfiyyətli musiqi və şəhərin ən möhtəşəm rooftop mənzərəsində əylənmək istəyirsənsə, bu gecəni qaçırma!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
