

Shimmer is Calling - Dream Night
Tədbir haqqında
Dream Fest-in möhtəşəm enerjisindən sonra gecə Dream Nights ilə davam edir!
Dənizin tam qarşısında yerləşən, parıltısı ilə gecəyə rəng qatan Shimmer Səhnəsində Dream Nights səni gözləyir!
White Beach-də dənizin sonsuz mənzərəsi, yay gecəsinin möhtəşəm atmosferi və elektron ritmlər bir araya gələrək unudulmaz bir gecə yaradacaq. Xüsusi atmosfer, yüksək enerji və eksklüziv performanslarla dolu bu gecə yayın ən fərqli tədbirlərindən biri olacaq.
Bəzi gecələr sadəcə yaşanır, bəziləri isə uzun müddət xatırlanır…
Gecə boyunca DJ Pancho və DJ Rash dinamik setləri ilə səhnəni alovlandıracaq. Farid Sax Live canlı saksafon performansı ilə gecəyə xüsusi ab-hava qatacaq, Dance Show isə Dream Fest Weekend atmosferini tamamlayacaq.
Biletlərin sayı məhduddur.
VIP biletlər haqqında ətraflı məlumat:
4 neferlik -200 AZN DEPOZIT/ 100 AZN BILET
5 neferlik - 250 AZN DEPOZIT/ 150 AZN BILET
6 neferlik - 300 AZN DEPOZIT / 180 AZN BILET
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
