Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
✨6 mart saat 20:30-da valehedici gözəl Kamera və Orqan Musiqi Zalında (Kirxa) bu yazın Beynəlxalq Qadınlar Gününə həsr olunmuş video instalyasiyalarla şam işığında "Əfsanəvi Soul Divas: Whitney Houston, Tina Turner, Celine Dion, Adele" adlı ən parlaq konserti baş tutacaq. Bu axşam dünya kinosunun ən təsirli musiqi əsərləri - "Titanic", "007" "Skyfoll", "James Bond" və bir çox başqa əsərlər canlanacaq.
Bu axşam güclü, ilhamverici və unikal qadınlar üçün yaradılıb. Konsert zərif cinsə olan əsl musiqili sevgi etirafıdır və şübhəsiz ki, analar, rəfiqələr, bacılar, həmkarlar və sevdikləriniz üçün ən yaxşı 8 Mart hədiyyəsi olacaq.
Ars Caspia Ensemble-ın simfonik ifasında Whitney Houston, Tina Turner, Celine Dion, Adele-in əfsanəvi "I Will Always Love You", "My Heart Will Go On", "All By Myself", "GoldenEye", "Skyfall", "Ashes" və digər məşhur əsərləri ifa ediləcək. Bu, qadın ruhunun gücünü, müstəqilliyini, ehtirasını və dərinliyini tərənnüm edən musiqidir.
Sizi Beynəlxalq Qadınlar Gününü musiqi, gözəllik və səmimi duyğular atmosferində keçirməyə dəvət edirik. Yüzlərlə sayrışan şam, valehedici video proyeksiyalar və Ars Caspia Ensemble-ın canlı ifası daha yaxın olmaq, ən isti hissləri yaşamaq və hər anını duymaq istədiyiniz xüsusi bir məkan yaradacaq.
⏰ Başlama vaxtı: 20:30
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
🎶Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:
Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.
Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.
Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.
Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.
Arif İmanov (zərb alətləri) - peşəkar zərb alətləri ifaçısı, müəllim və studiya/sessiya musiqiçisidir. O, Avropa festivallarında və səhnələrində, həmçinin İstanbulda konsert proqramları ilə çıxış edib. O, 2025-ci ildə keçirilən “Avroviziya” müsabiqəsinin iştirakçısıdır.
Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.
🎼Proqram
- Whitney Houstonun ən sevilən mahnıları - ruhun dərinlərinə toxunan musiqi
- Tina Ternerin hitləri - enerji, ehtiras və güclü hisslər
- Celin Dionun romantik balladaları - kino və böyük hisslərin musiqisi
- Adelin mahnıları - səmimi, dürüst və əsl sevgi haqqında
*Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.
🎟️ Yer sayı məhduddur.
Mart ayının ən gözəl musiqi axşamına biletləri əldə etməyə tələsin!
🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

40 ₼-dan
10 ₼-dan
7 ₼-dan
Biletlər satılıb
20 ₼-dan
4 ₼-dan