ROOFTOP CONCERT Baku ikinci buraxılışını təqdim edir!
4 sentyabr, cümə axşamı şəhərin ən gözəl rooftop məkanlarından biri olan Fuzzy Coffee & Wine-da VUGARİXX ilə zamanda musiqili səyahətə çıxırıq.
🌆Rooftop Concert yerli artistləri, şəhərin unikal rooftop məkanlarını və retro house musiqisini bir araya gətirən xüsusi layihədir.
80-lər, 90-lar və 2000-lərin ən sevilən hitləri, nostalji atmosfer, şəhər mənzərəsi və gecə boyu davam edən musiqi — Friday night üçün planın hazırdır!
Bir gecəlik keçmişə qayıtmağa hazırsan?
♿ Əlçatanlıq: Məkan əlil arabası istifadəçiləri üçün əlçatandır.
Qapılar tədbirdən 30 dəqiqə əvvəl açılır.