Gözəl və Bedheybət

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Madam Leprens de Bomon

“GÖZƏL və BƏDHEYBƏT”

Varlı tacir şəhərdəki malikanəsində üç qızı ilə birgə yaşayırdı. Onların hamısı gözəl idi, lakin ən kiçiyi bacılarından fərqli olaraq, mehriban və saf qəlbli idi. Böyük bacıları isə acgöz və özləri haqqında düşünən insanlar idilər. Bir gün tacir dənizdə baş verən fırtına nəticəsində bütün sərvətini itirir.

Bir neçə ildən sonra tacir xəbər tutur ki, onun ticarət gəmilərindən biri geri qayıdıb. Səfərdən əvvəl isə hər bir qızından onlara hansı hədiyyəni gətirməsini istədiklərini soruşur. Böyük bacılar qiymətli zinət əşyaları və gözəl paltarlar istəyirlər, Gözəl isə yalnız bir gül — çünki onların yaşadığı yerdə bu çiçək bitmirdi.

Tacir səfərə çıxır, lakin gəmi tufana düşüb batır, bircə Tacir sağ qalır. Qaranlıqda möhtəşəm bir saray tapır. Orada ona görünməz bir sahibin qonaqpərvərliyi ilə süfrə açılmışdı. Tacir yeyib-içib gecəni orada keçirir.

Səhər ayrılarkən sarayın bağçasında gözəl bir qızılgül görür və Gözələ söz verdiyini xatırlayaraq onu dərir. Bu anda Bədheybət qarşısına çıxır və onu bağçasından ən qiymətli şeyi oğurlamaqda günahlandırır. Tacir yalvararaq, çiçəyi yalnız qızına hədiyyə üçün götürdüyünü izah edir. Bədheybət razılaşır ki, taciri buraxsın, amma bir şərtlə: ya tacirin özü saraya qayıdacaq, ya da onun yerinə ən kiçik qızı gələcək.

Tacir kədərlənərək evə qayıdır. O, başına gələnləri qızından gizlətməyə çalışır, lakin Gözəl həqiqəti öyrənir və atasını qorumaq üçün öz xoşu ilə Bədheybətin yanına yollanır.

Rəngarəng və maraqlı səhnə tərtibatı olan yeni tamaşanın səhnələşdirmə müəllifi və quruluşçu rejissoru Anar Məmmədovdur.

Yaş məhdudiyyəti / Dil

3+ / Azərbaycanca
Gözəl və Bedheybət Gözəl və Bedheybət

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan