

Frozen
Sessiyalar
Təsvir
❄️ FROZEN – İnteraktiv Musiqili Uşaq Tamaşası
✨ Sevimli qəhrəmanlarla birlikdə sehrli buz dünyasına unudulmaz səyahət!
Buzlarla örtülmüş sehrli krallıqda yeni macəra başlayır! Cəsur qəhrəmanlar dostluğun, sevginin və xeyirxahlığın gücü ilə qarşılarına çıxan çətinlikləri birlikdə aşmağa çalışırlar🎠
Bu möhtəşəm interaktiv musiqili tamaşa zamanı balaca tamaşaçılar sadəcə izləyici deyil, həm də macəranın bir hissəsinə çevriləcəklər. Birlikdə mahnılar oxuyacaq, rəqs edəcək, oyunlarda iştirak edəcək və qəhrəmanlara kömək edərək sehrli tapşırıqları yerinə yetirəcəklər🤹
🎵 Musiqilər, rəqslər, flashmoblar
💃 İnteraktiv və əyləncəli oyunlar
❄️ Möhtəşəm işıq və səhnə effektləri
📸 Tamaşadan sonra qəhrəmanlarla şəkil çəkdirmək imkanı
Bu, bütün ailə üçün sevinc və unudulmaz xatirələr bəxş edəcək əyləncəli bir bayramdır.
Qaydalar
PULSUZ GİRİŞ: 3 yaşa qədər uşaqlar üçün (3 yaşı tamam olmuş uşaqlar və valideynlər üçün bilet alınmalıdır)
Xüsusi qeyd:
1. Eventland Mərkəzi AF Mall yaxınlığında , 28 may və Sahil metrolarından 10 dəqiqəlik piyada məsafədə yerləşir.
2. Öz şəxsi avtomobili ilə gələnlər Qış Parkı daxilində və AF Mall qarşısında yerləşən ödənişli yer altı parkinglərdən istifadə edə bilərlər.
3. Seansdan 30 dəqiqə əvvəl festival keçirilən məkana gəlmək tövsiyə olunur.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
