Azərbaycan Uşaq Festivalı musiqili şou-əyləncə proqramı ilk dəfə Bakıda.
Xüsusi bilet paketləri:
📌 5 və daha artıq bilet alışında endirimlər (ailə və dost qrupları üçün)
📌 Qrup və kollektiv biletlərə xüsusi endirimlər (məktəb və bağçalar üçün)
📌 Bölgələrdən gələcək valideynlər üçün xüsusi endirimlər (digər şəhər və qəsəbələrdən gələn tamaşaçılar üçün).
Azərbaycan Uşaq Festivalı Şou-Əyləncə Proqramı haqqında:
Tədbir ərzində qızların sevimli personajları olan Pamuk Prenses, Barbie, K-pop Rumi, Anna və Elza, Wednesday, həmçinin Sindirella, Ariel, Aurora və Belle kimi məşhur prinsessalar uşaqlarla görüşəcək
Oğlanların sevimli qəhrəmanları Spiderman, Batman, Thor, Superman, kirpi Sonic, Stich, Minecraft Steve, Bluey, Super Mario və Luigi xüsusi şou və animasiya proqramları ilə çıxış edəcək
Bundan əlavə, Tom və Jerry, Maşa və Ayı, Ninja Tısbağalar, Marshall Patrol, sehrli Maral və təkbuynuz Unicorn festival atmosferinə xüsusi rəng qatacaq
Festival boyunca sizi və uşaqlarınızı köpük şou, balloon şou, bubble şou, müxtəlif musiqili çıxışlar və əyləncəli flashmoblar gözləyir
Günün xüsusi qəhrəmanları Mr. ShowMan və şən kloun Zombozo tərəfindən uşaqlar üçün maraqlı və hədiyyəli oyunlar təşkil olunacaq
Uşaqlarınızla birlikdə unudulmaz xatirələr yaşayacağınız bu möhtəşəm festival üçün biletləri əldə etməyə tələsin.