C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

Tədbir haqqında

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934 – cü ildə yaradılmışdır. Muzeyin fondunda 140.000 – dən artıq eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirən nadir əlyazmalardan, memorial əşyalardan, tamaşaların fotolarından, proqram və afişalardan, geyim və dekorasiya eskizlərindən, səhnə tərtibatlarının maketlərindən, aktyorların səhnə geyimlərindən və sairdən ibarətdir. Fondumuzda qorunan materialların böyük əksəriyyəti orijinaldır. Bu eksponatlar  teatr tariximizlə bağlı yeni tədqiqatlar üçün də əvəzedilməz xəzinədir. Muzey ümumilikdə 7 zaldan ibarətdir. Hazırda tam tərtibatla yalnız Cəfər Cabbarlı zalı fəaliyyət göstərir. Burada görkəmli dramaturq  Cəfər Cabbarlının yaradıcılığına dair sənədlər və ədibin şəxsi əşyaları sərgilənir.

Yaş məhdudiyyəti / Dil

0+ / Azərbaycanca
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi