"Miss & Mister Azerbaijan" 2019

Tədbir haqqında

Rəsmi şəkildə qeydiyyatdan keçmiş “Miss Azerbaijan” Milli Gözəllik musabiqesi ölkədə 1996-cı ildən etibarən keçirilir. Nərminə Zərbəliyeva, Gülsarə Rzayeva, Fatimə Abasquliyeva, Natella Kərimova, Zülfiyyə Akçurina, Validə Abasova, Aysel Manafova, Humray Qulamova, Cavidan Qurbanova, Natalya Sokolevskaya, Oksana Barxatova və s.kimi modellər musabiqənin qalibləri olmuşlar. 2015-ci ildən etibarən müsabiqəyə oglanlar da qatıldığından musabiqenin adı dəyişilərək “Miss & Mister Azerbaijan” oldu.
 
Müsabiqənin baş sponsorları qismində “ Rossiyskiy kredit” bankı, NAB və FORD avtomobil markaları, İSR Holding, Bakı Əyləncə Mərkəzi, , European Tobacco, Jale, AKI-Inter, Euro Group Travel & Constraction və s. şitkətlər iştirak etmişlər.
 
Təsdiq və tərtib edilmiş senariyə əsasən müsabiqə 6 ay davam edir. Bu müddət ərzində kastinqlər, xoreoqraf ilə məşğələlər, müxtəlif təqdimat tədbirləri, yarımfinal və final, onlayn və sms səsvermələr keçirilir. Müsabiqənin qalibləri onlayn və ya SMS-səsverməsi ilə, eləcə də final mərhələsində münsiflər heyəti tərəfindən canlı şəkildə müəyyən olunur. Müsabiqənin final mərhələsi paytaxtın ən gözəl məkanlarından birində baş tutur.
 
“Miss & Mister Azerbaijan”-2019 Milli Gözəllik müsabiqəsinin Final gecəsi may ayının 31 Opera Studiyasında baş tutacaq. Başlama vaxtı 19:00.

Yaş məhdudiyyəti / Dil

6+
"Miss & Mister Azerbaijan" 2019 "Miss & Mister Azerbaijan" 2019