Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri

Tədbir haqqında

Gimnastikanın ən sevimli növlərindən olan, özündə zəriflik və incəsənətlə bərabər cəsarət və qətiyyəti tərənnüm edən bədii gimnastika təmsilçiləri yenidən paytaxtımızın qonağı olacaqlar. 
Ölkəmizdə keçirilən beynəlxalq yarışlar çərçivəsində Milli Gimnastika Arenası 14-16 aprel tarixlərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə 3-cü AGF Trophy adlı beynəlxalq turnirə ev sahibliyi edəcək. 
Budəfəki yarışda gənc bədii gimnastlara, böyükyaşlı bədii gimnastlar da qoşulacaqlar. 
Xatırladaq ki, Azərbaycan ilk dəfə olaraq 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında AGF Trophy adlı beynəlxalq turnirə ev sahibliyi edib. 
Bu yarış böyükyaşlı gimnastlarımız üçün həm də dərhal sonra, 21-23 aprel tarixlərində eyni məkanda bədii gimnastika üzrə keçiriləcək Dünya kubokuna sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək budəfəki yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. 
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Gənc gimnastların maraqlı və həyəcanlı, eyni zamanda da peşəkar çıxışlarını izləmək üçün Milli Gimnastika Arenasına tələsin.
Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.
Yarışlar haqda daha ətraflı məlumatı isə federasiyanın saytından əldə edə bilərsiniz. 

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri Bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri