Avropa Olimpiya Təsnifat turniri

Tədbir haqqında

2024-cü il aprel ayının 5-dən 7-dək Bakıda Milli Gimnastika Arenasında mühüm idman tədbiri — 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbir olimpiya zirvəsinə can atan bir çox idmançıların karyerasında mühüm mərhələdir. Bu turnir çərçivəsində Avropa ölkələrinin nümayəndələri Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaq üçün mübarizə aparmaq imkanı əldə edir.

Rəsmi açılış mərasimi 5 aprel saat 17:30-da baş tutacaq. Tədbir iki sessiyaya bölünür: gündüz (10:30-dan 13:30-a qədər) və axşam (18:00-dan 20:30-a qədər). Gündüz sessiyasında bütün iştirakçılar mübarizə aparacaq və qaliblər yarımfinal mərhələsinə çıxış şansı qazanacaqlar. Axşam sessiyasında isə yarımfinal mübarizəsi baş tutacaq və
burada qaliblər öz ölkələrini Olimpiya Oyunlarında təmsil etmək şansı qazanacaq.

Tamaşaçılar bu mühüm idman hadisəsinin şahidi olmaq, sevimli idmançılarını dəstəkləmək və Olimpiada arzusu uğrunda mübarizənin həyəcanlı anlarından həzz almaq üçün unikal imkan əldə edəcəklər.

Yaş məhdudiyyəti / Dil

5+
Avropa Olimpiya Təsnifat turniri Avropa Olimpiya Təsnifat turniri