İdman gimnastikası üzrə Dünya kuboku, AGF Trophy

Tədbir haqqında

Martın 7-dən 10-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa, idman gimnastikası üzrə Dünya kubokuna ev sahibliyi edəcək.
Paris-2024-ə lisenziya xarakteri daşıyacaq yarışda qeydiyyat siyahısına əsasən rekord sayda ölkənin (70 ölkə) idmançılarının iştirakı gözlənilir.
Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (6 alətin hər birində), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at, paralel qollar), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), qadınlar arasında Nazənin Teymurova (4 alətin hər birində) və Samirə Qəhrəmanova (gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
Dörd günlük yarışların yekununda həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində (www.agf.az) mütəmadi olaraq yenilənəcək.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.

Yaş məhdudiyyəti / Dil

6+
İdman gimnastikası üzrə Dünya kuboku, AGF Trophy İdman gimnastikası üzrə Dünya kuboku, AGF Trophy