Bədii gimnastika üzrə Dünya Kuboku, AGF Trophy

Tədbir haqqında

Aprelin 21-dən 23-nədək paytaxtımız gimnastika üzrə daha bir yarışa ev sahibliyi edəcək. Belə ki, bu dəfə dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq Dünya kubokunda bir araya gələcəklər. 
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 3-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 46 ölkədən idmançıların fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacağı gözlənilir.  
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. 
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 9 Dünya kubokuna ev sahibliyi edib.  
Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 10 final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində (www.agf.az) mütəmadi olaraq yenilənəcək. 

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə Dünya Kuboku, AGF Trophy Bədii gimnastika üzrə Dünya Kuboku, AGF Trophy