

Halloween Golf Festivalı
Sessiyalar
Təsvir
Sizi Dreamland Golf Academy və Birdie Bar-da keçiriləcək Halloween şənliyinə dəvət edirik! Qolfla tanışlıq, maraqlı oyunlar, musiqi və əyləncə iştirakçılara unudulmaz anlar yaşadacaq.
Məkan: Dreamland Golf Academy və akademiyanın ərazisində yerləşən Birdie Bar kafesi
Biletə daxildir: peşəkar məşqçi ilə bir saatlıq qolf üzrə ustad dərsi və xüsusi menyu
Yeni başlayanlar üçün qolf üzrə ustad dərsi, maraqlı oyunlar, üz boyama, DJ-dən uşaq musiqiləri, rəqslər və animatorla əyləncələr nəzərdə tutulub. Şənlikdə iki üz boyama mütəxəssisi, bir DJ və bir animator iştirak edəcək.
Birdie Bar hər valideynə bir fincan çay və ya qəhvə hədiyyə edəcək.
Qolf üzrə ustad dərsi ayaqüstü keçirildiyindən ayrıca oturacaq rezervasiyasına ehtiyac yoxdur. Qolf zonasının ərazisində oturaraq dincəlmək üçün geniş sahələr mövcuddur. Birdie Bar-da isə əvvəlcədən rezervasiya etmədən həm terrasda, həm də kafenin daxilində əyləşmək mümkündür.
|
Seans |
Qolf masterklassı |
Birdie Bar-da yemək və əyləncə |
|
Birinci: 12:00–14:00 |
12:00–13:00 |
13:00–14:00 |
|
İkinci: 15:00–17:00 |
15:00–16:00 |
16:00–17:00 |
Tədbirin birinci və ikinci seanslarında nəzərdə tutulan fəaliyyətlər cədvəldə göstərilib.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
