

Sumo üzrə Dünya Çempionatı 2026
Sessiyalar
Təsvir
Təsvir:
TARİXİ İLKƏ HAZIR OLUN!
17–18 oktyabr 2026-cı il tarixlərində Bakı nəinki Azərbaycanda, hətta bütün regionda ilk dəfə dünya sumosunun ən möhtəşəm yarışına ev sahibliyi edəcək!
SUMO ÜZRƏ DÜNYA ÇEMPİONATI İLK DƏFƏ BAKIDA!
Dünyanın ən güclü sumoçuları ilk dəfə Bakı İdman Sarayının torpaq “dohyo”sunda üz-üzə gələcək. Gücün, ənənənin, texnikanın və əzmkarlığın möhtəşəm qarşıdurmasına canlı şahid olun!
Bu, sadəcə yarış deyil — Azərbaycan və region üçün tarixi bir ilkdir!
Bakı İdman Sarayı
17–18 oktyabr 2026
İlk dəfə. İlk dəfə Bakı. İlk dəfə bu əzəmətdə!
Kişilər, qadınlar və yeniyetmələr arasında keçiriləcək Dünya çempionatı 2 gün davam edəcək. Və dünyanın 30 yaxın ölkələrindən ən nüfuzlu və güclü idmançıları medallar uğrunda mübarizə aparacaq.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçiriləcək! Burada hər addım, hər qarşılaşma və hər mübarizə əsrlərdən gələn sumo ənənəsinin əzəmətini nümayiş etdirəcək.
Yarış proqramı:
17 oktyabr – 18 yaşadək idmançıların (qızlar və oğlanlar) fərdi və komanda yarışları
18 oktyabr – Böyüklər (kişilər və qadınlar) arasında fərdi və komanda yarışları
–Yarışın açılış mərasimi. Açılış mərasimində xüsusi şou proqramın təşkili nəzərdə tutulur.
Gücün, ənənənin və əzəmətin bir araya gəldiyi möhtəşəm mübarizəni canlı izləməyə hazırsınızmı? Nəhənglərin qarşılaşmasına şahid olmaq, adrenalini yerində yaşamaq və bu unudulmaz anların bir parçasına çevrilmək üçün fürsəti qaçırmayın!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
-BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.
-TƏDBİRƏ GİRİŞ ZAMANI BİLETLƏR YALNIZ ORİGİNAL FORMATINDA TƏQDİM EDİLMƏLİDİR. FİZİKİ BİLETLƏRİN ŞƏKİLİ VƏ S. BİLETLƏRİN UYĞUN OLMAYAN NÜSXƏLƏRİ İLƏ TƏDBİRƏ GİRİŞ MÜMKÜN OLMAYACAQDIR.
-0 YAŞDAN ETİBARƏN BÜTÜN ZİYARƏTÇİLƏR ÜÇÜN TƏDBİRƏ GİRİŞ YALNIZ AYRICA BİLET ƏSASINDA MÜMKÜNDÜR.
