

IBA Çempionlar Gecəsi
Tədbir haqqında
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək, məşhur simalar fəxri qonaq kimi paytaxtımıza gələcəklər
İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. İlk dəfə “Sea Breeze Resort”-da təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.
Bu görüşlərin 5-də Azərbaycan idmançıları da təmsil olunacaq. 47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qarde ikə (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Vesyalov (Belarus) ilə qarşılaşacaq.
Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), U-23 Avropa çempionatının yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya), 76,2 kq, Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.
