"Ocaq Sport Klub"unun bədii gimnastika üzrə 1-ci Açıq Birinciliyi

Tədbir haqqında

İyunun 1-i və 2-də Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport klub”unun bədii gimnastika üzrə 1-ci Açıq birinciliyi keçiriləcək. Yarışda ümumilikdə 248 idmançı (paytaxt klublarından 202, bölgələrdən isə 46 gimnast) qüvvəsini sınayacaq. Birincilikdə Bakı şəhəri üzrə 11,  regionlar üzrə 4 qrup komandası mübarizə aparacaq. 

Yarışda idmançılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər. 

İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, gimnastikasevərlər birincilikdə zəriflərin həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə edəcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Yaş məhdudiyyəti / Dil

6+
"Ocaq Sport Klub"unun bədii gimnastika üzrə 1-ci Açıq Birinciliyi "Ocaq Sport Klub"unun bədii gimnastika üzrə 1-ci Açıq Birinciliyi