27 oktyabrda Milli Gimnastika Arenasında “Sabah” Basketbol Klubu FIBA Basketbol Çempionlar Liqası çərçivəsində “Nanterre 92” komandası ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq bu görüşdə komandamıza tribunadan dəstək olun və Avropa basketbolunun həyəcanını canlı yaşayın!
Sizi meydandakı gərgin mübarizə ilə yanaşı, Fun zonada əyləncələr və oyun fasilələrində maraqlı şou proqramı gözləyir. Ailəniz və dostlarınızla birlikdə basketbol, əyləncə və unudulmaz anlarla dolu bir axşam keçirin!
Tarix: 27 oktyabr 2026
Başlama saatı: 20:00
Məkan: Milli Gimnastika Arenası
Yaş həddi: 0+ (bütün yaş qrupları üçün uyğundur)
Biletinizi əldə edin, tribunada yerinizi tutun və “Sabah”ın Çempionlar Liqası həyəcanına qoşulun!