
35 ildən sonra

35 ildən sonra
Təsvir
Bengt Alfors. “35 ildən sonra”
Yaş həddi: 18+
Müəllif: Bengt Alfors
Tərcümə edən: Zümrüd Quliyeva
Quruluşçu rejissor: Müşfiq Elmanoğlu
Quruluşçu rəssam: Dmitri Afanasyev
Baş rolların ifaçıları: Kərəm Hadızadə, Zümrüd Quliyeva, Elnur Bəhramxan
(Əməkdar artist)
Janr: psixoloji dram
Tamaşanın müddəti: 1 saat
Ailə-məişət problemlərinin çözülməsi, ailə birliklərinin qorunması, tənha
insanların qorunması dünyanın müasir qlobal problemlərindən biri sayılır. Bengt
Alforsun “35 ildən sonra” tamaşası da müasir dövrdə ailə münasibətlərində
yaranan problemlərə həsr olunmuşdur.
Qəddar Kazimir Kantın xasiyyətinin ağırlığı nəticəsində ailəsi dağılmışdır,
o, eyni zamanda, bütün dünyaya üsyan edir. Tənhalığa düçar olan bu kişi ömrünü
həkimi ilə, bir də evin əşyaları ilə dialoqa girməklə keçirir. Hər şeyə şübhə ilə
yanaşan Kazimir gah bağırır, gah da bir qorxaq kimi yatağına sarılır.
Günün birində qızı Şarlotta onun həkimi kimi evinə gəlir, atası ilə dialoq
aparır. Bütün dialoqlarda bu ağır xasiyyətli kişi bir dəfə də olsun “həkimin” üzünə
baxmır. Şarlotta yazdığı pyesin vasitəsi ilə öz taleyini atasına çatdırmaq istəyir.
Kazimir isə bir şey anlamır. O, öz pyesindən parçalar oxuduğu məqamlarda onun
vurğularını anlamayan atasına qarşı bir ikrah hissi oyanmır, daha ciddi-cəhdlə
mübarizəni davam etdirir.
Qızdan niyə ona kömək etmək istədiyinin səbəbini soruşanda: “Mən sənin
qızınam!”- deyən Şarlotta sanki atasının yuxulu dünyasında bir ildırım kimi çaxır.
Ata qızını tanıyır. Ruhi sarsıntıya səbəb olan bu görüşdə ata ilə qızı qovuşur.
Dramaturq bizə belə bir mesaj ötürür ki, Yaradan istəsə, illüziyalar həqiqətə
çevrilə bilər, eyni zamanda, ailə münasibətlərini qorumaq üçün qarşılıqlı güzəşt və
anlaşma vacibdir.
Xasiyyətinin ağırlığından bütün dünyaya qarşı çıxan Kazimiri qızı Şarlotta
atasına olan məhəbbəti sayəsində ram edir.
Tamaşa həm valideynlərə, həm də övladlara çox ciddi mesaj ötürür: ailə
birliyi yalnız qarşılıqlı anlaşma, bir-birinə güzəştlə qoruna bilər.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet


