"AND"- ƏSA Teatrı

Tədbir haqqında

Azərbaycan Respublikasının əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı dünya klassikasından J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında  “And” tamaşası hazırlayıb.

 

Nihad Qulamzadənin quruluş verdiyi “And” dramatik-komediyası bu günədək ənənəvi dünya teatrlarının repertuarındakı J. B. Molyerin “Xəsis”indən olduqca fərqlənir. ƏSA Teatrı “Xəsis” əsərinə tamamilə fərqli rakursdan baxmaqla, Qarpaqonun xəsisliyinin mahiyyətini göstərməyə çalışır. Əsərin bütün personajlarının həyat tərzi, obrazların birinin digərinə münasibəti və hamının baş qəhrəman Qarpaqona qarşı münasibəti tamaşanın təqdimatı zamanı tamaşaçılarda “niyə” sualına cavab tapmaq üçün əsas verib.

Tamaşanın baş prodüseri Nicat Qulam, müəllifi və quruluşçu rejissoru  Nihad Qulamzadə, rejissor asistenti Səmayə Ağayarova, redaktoru Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, səhnə və geyim tərtibatı Viktoriya Lerman, multimedia Famil Mahmudbəylidir.

Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Quliyev, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Orxan Əliyev, Fərid Əliyev və Bəhram Rəhimli ifa edirlər. 

Yaş məhdudiyyəti / Dil

6+
"AND"- ƏSA Teatrı "AND"- ƏSA Teatrı