
Aydın

Aydın
Təsvir
“Aydın”
Yaş həddi: 14 +
Müəllif: Cəfər Cabbarlı
Quruluşçu rejissor və səhnə redaksiyasının müəllifi: Cənnət Səlimova (Xalq artisti)
Quruluşçu rəssam: Tahir Tahirov (Xalq rəssamı)
Bəstəkar: Firudin Allahverdi
Əsas rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist), Simuzər Ağakişiyeva, Elşən Rüstəmov (Əməkdar artist), Aydın Dəmirov, Rəşad Səfərov, Sevinc Əziz, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Vüqar Məmmədəliyev, Anar Seyfullayev
Janr: faciə
Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə
II hissə - 50 dəqiqə
Cəfər Cabbarlının “Aydın” tamaşası Gültəkinlə Aydının bir-birinə saf məhəbbətinə və bunun fonunda sosial problemlərin insan mənəviyyatına vurduğu zərbədən, ailə faciəsinə səbəb olmasından bəhs edir.
Sizə təqdim olunan bu məhəbbət dramında bir-birini dərin məhəbbətlə sevən Aydınla Gültəkin Dövlət bəy kimi harın milyonerin qurbanına çevrilirlər.
Tamaşanın ideyası bəşəri duyğulara kökləndiyi üçün böyük əhəmiyyət kəsb edir: insanların maddi və mənəvi xilası sədaqətli və düz olmalarındadır.
Bu monumental tamaşa gözəl personaj geyimləri, musiqi dramaturgiyası ilə diqqəti cəlb etməklə yanaşı, həm də maraqlı dekorasiyaya və səhnə geyiminə malikdir.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
