Aydın

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Cəfər Cabbarlı“Aydın”

“Aydın” yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir. Əsər Azərbaycan dramaturgiyasında yeni düşüncənin və maarifçi ideyaların ifadəsi kimi mühüm yer tutur. Aydın obrazı isə cəmiyyət tərəfindən anlaşılmayan, lakin həqiqət uğrunda mübarizə aparan gəncin simvoludur.

Əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini heçə döndərir. Aydın hər şeyini — ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı” olur. O, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir. Lakin yaşadığı mühit onu anlamır. Cəmiyyətin təzyiqi, mənəvi tənhalıq və daxili ziddiyyətlər Aydını sarsıdır. O, öz idealları ilə reallıq arasında sıxılır və nəticədə faciəvi aqibətlə üzləşir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

Yaş məhdudiyyəti / Dil

12+
Aydın Aydın

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan