Цена счастья

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

XOŞBƏXTLİYİN QİYMƏTİ
Sahib
Quruluşçu rejissor — Raulya Turkkan
Kostyum rəssamı — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Olqa Abbasova
Musqi tərtibatı — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vladimir Neverov
Dekorasiya rəssamı — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov
Xoreoqraf — Azərbaycan Respublikasının Əməkdar artisti Niqar Rzayeva
Xalq mahnılarının ifaçısı — Ülviyyə Rəhimova
Rejissor assistenti — Yuliya Limareva

Tamaşada Azərbaycanın Əməkdar artistləri İnna İmranova, Milana Sokolenko, eləcə də teatrın aktyorları Olqa Arsentyyeva, Səbinə Asim, Ramil Əliyev iştirak edirlər.

Xoşbəxtliyin qiyməti” tamaşası Vətən müharibəsi qəhrəmanlarına həsr olunub. Əsərdə sevdiyi insana, ümidlərlə dolu gənc bir qıza, müharibəyə yollanan sevgilisi ilə vidalaşmaq məcburiyyətində qalan qəhrəmanın hekayəsi danışılır. Qəhrəmanın obrazını dörd aktrisa canlandırır və hər biri onun duyğularının fərqli bir tərəfini əks etdirir. Onlar birlikdə müharibədən sevdiklərini gözləyən minlərlə qadının simvolik portretini yaradırlar.

Bəzən sınaqların acısını yaşamadan xoşbəxtliyin şirinliyini duymaq mümkün deyil. Tamaşanın qəhrəmanlarının həyat hekayəsi bir daha sübut edir ki, insan gizli arzusu uğrunda ən çətin maneələri belə dəf etməyə qadirdir. Ayrılıq ağrısı, tənhalığın əzabı və naməlumluq qorxusu — bütün bunlar sevən bir qəlbi daha da möhkəmləndirir və sarsılmaz edir.

Yaş məhdudiyyəti / Dil

12+
Цена счастья Цена счастья