Don Kixot

Tədbir haqqında

COVİD19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır

"Don Kixot" (3 pərdəli balet)

Yaş həddi: 6+

Kompozitor: Lüdviq Minkus

Libretto müəllifi: Marius Petipa

Tipi: Klassik

Tamaşanın müddəti: 2 saat 30 dəqiqə

Tamaşanın dirijoru: Orxan Həşimov

Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı

Quruluşçu baletmeyster: Qəmər Almaszadə

 

                                                 QISA MƏZMUNU

Proloq

Don Kixotun otağı. Don Kixotun xidmətçiləri hesab edirlər ki, ağaları cəngavər romanlarını çox oxuduğundan ağlını itirib. Don Kixot daxil olur. O həmişəki kimi cəngavər romanı oxuyur və qəhrəmanların halına yanır. Gonbul və qarınqulu Sanço-Pansa qaçaraq gəlib onu xəyallarından ayırır. Sanço Pansa hardansa qaz oğurlayıb və qəzəblənmiş sahibələr onu izləyirlər. Don Kixot hər şeyi yoluna qoyur, birdən onun ağlına Sanço-Pansanı silahdaşıyanı eləmək və onunla sərgərdanlıq edib qəhrəmanlıqlar göstərmək gəlir                                                                    

                                         I pərdə

Birinci şəkil. Barselona. Bayramsayağı geyinmiş camaat meydanda gəzişir. Traktirçinin qızı Kitri və sevgilisi bərbər Bazil də burdadırlar. Kitrinin atası Lorenso Bazili qovur. O qızını varlı əyan Qamaşa vermək istəyir, amma Kitri atasının iradəsinə tabe olmur.

Şənliyin qızğın vaxtında Don Kixot silahdaşıyanı Sanço Pansa ilə meydana girir. Traktirçini görən Don Kixot onu cəngavər sayıb hörmətlə salamlayır .Lorenso da Don Kixotu salamlayıb evinə dəvət edir.

Sanço Pansa meydanda qalır. Cavanlar ona sataşmaq istəyəndə Don Kixot silahdaşıyanına köməyə gəlir. Kitrini görüb onu gözəl Dulsineya sayır və ürəyinin xanımı seçir. Ancaq Kitri Bazil ilə qaçır. Lorenso və Qamaş onu axtarmağa gedirlər.

                                         II pərdə

İkinci şəkil. Yolun kənarında düzənlik. Dəyirmanın yanında qaraçı köçü salınıb. Marionet teatrının aktyor truppası da burdadır.

Don Kixot və Sanço-Pansa gəlirlər. Qaraçılar onlara tamaşa göstərirlər. Don Kixot həyəcanla tamaşaya baxır, hadisələri doğru qəbul edir, əldə silah qadın qəhrəmana köməyə cumur, teatrı dağıdır, amma qeyri-bərabər vuruşda huşunu itirir.

Üçüncü şəkil. Meşə. Sanço-Pansa yaralı Don Kixotu gətirir və yatağa uzadır. Yuxuda o ürəyinin xanımı-Kitri obrazında Dulsineyanı görür. Sanço-Pansa onun gözəl yuxusunu pozub onu oyadır və xəbər verir ki, Lorenso və Qamaş Kitri və Bazili izləyirlər. Don Kixot sevgililərin köməyinə tələsir.

                                            III pərdə

Dördüncü şəkil. Yeməkxana. Kitri və Bazil bura qaçırlar. Onlar sevinirlər ki, gizlənə bilibər. Amma sevincləri uzun çəkmir. Qamaş və Lorenso gəlirlər. Lorenso təcili Kitri və Qamaşı nişanlamaq istəyir, amma Bazil guya özünü öldürür. Kitri sevgilisinin cənazəsi üstə ağlayır. Don Kixot Lorensonu daşürəklikdə təqsirləndirir, silahla qorxudub onu məcbur edir ki, qızı ilə bərbərin izdivacına razılıq versin. Bazil tez ayılır, ona daha özünü ölülüyə vurmaq lazım deyil.

Beşinci şəkil. Yenə Barselona meydanı. Kitri və Bazilin toyudur. Qonaqların arasında ən hörmətli yerdə Don Kixot oturub. Xoşbəxt Bazil və Kitri Don Kixotun şərəfinə rəqs edirlər.

Yaş məhdudiyyəti / Dil

6+
Don Kixot Don Kixot