Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı böyük fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.
Tamaşa haqda məlumat:
Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi maceralarını bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.
ƏSA Teatrının hazırladığı “Xəsisin andı” tamaşasıda isə bugünədək səhnəyə qoyulmuş “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılaraq, baş qəhrəman – Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, insanların şəxsi mənafe naminə qurduqları münasibətlərin ifşası ortaya qoyulub. Tamaşanın sonunda hər kəsin xəsis kimi gördüyü Qarpaqonun illər əvvəl verdiyi andın nə olduğunu bilirik.
Tamaşanın müəllifi və quruluşçu rejissoru: Nihad Qulamzadə
Prodüseri: Nicat Qulam
İşıq rəssamı: Binyamin Sailov
Geyim və səhnə tərtibatçısı: Viktoriya Lerman

3 ₼-dan
5 ₼-dan
8 ₼-dan
10 ₼-dan
10 ₼-dan
40 ₼-dan