Molla Nəsrəddinin beş arvadı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"Molla Nəsrəddinin beş arvadı"

  • Yaş həddi: 6+

  • Müəllif: İbrahim Sadiqov (özbək yazıçısı)

  • Janr: Komediya

  • Dil: Azərbaycan

  • Müddət:

    • I hissə – 55 dəq.

    • II hissə – 60 dəq.

  • Quruluşçu rejissor: Əsgər Əsgərov

  • Quruluşçu rəssam: Nabat Səmədova

  • Quruluşçu baletmeyster: Zakir Ağayev (Əməkdar artist), Yelena Ağayeva

  • Baş dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

Türkdilli xalqların hər biri Molla Nəsrəddini özününkü hesab edir. Əslində isə bu obraz bütün türk dünyasının müdriklik və kamillik simvoludur. O, öz hazırcavablığı, hadisələrə çevik münasibəti və tükənməz yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə yanaşı addımlayır, bu gün də eyni cəmiyyətin bir parçası olaraq ətrafdakı hadisələrə reaksiya göstərir, müdrik münasibətini bildirir və öz sərrast yumoru ilə tamaşaçını həm güldürür, həm düşündürür.

İlk baxışdan “Molla Nəsrəddinin beş arvadı” komediyası sadə süjet üzərində qurulmuş kimi görünür. Lakin dərinliyinə varıldıqda bu sadəliyin altında böyük mənalar və ciddi məqamlar gizləndiyi aydın olur.

Yaş məhdudiyyəti / Dil

6+
Molla Nəsrəddinin beş arvadı Molla Nəsrəddinin beş arvadı